Ermənistanda Erməni Kilsəsinin Katolikosunun qardaşı və qardaşı oğlu saxlanılıb

Ermənistanda Erməni Kilsəsinin Katolikosunun qardaşı və qardaşı oğlu saxlanılıb

3 Noyabr 11:14
Bəyəndim (3) Bəyənmədim (0)


Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və seçki kampaniyasına mane olmaq ittihamları ilə saxlanılıblar.
Oxuməni.az-ın məlumatına görə, bu barədə vəkil Ara Zöhrabyan öz Facebook səhifəsində məlumat verib.
"Katolikosun qardaşı Gevorq Nersisyan və oğulları seçki kampaniyasına mane olduqları iddia edilir. Bu gün istintaq orqanı 68 yaşlı Gevorq Nersisyan və oğlu Ambartsum Nersisyanı məhkəməyə vermək məqsədilə saxlamağa qərar verib", - deyə o izah edib.
Onun sözlərinə görə, 16 noyabrda yerli özünüidarəetmə seçkilərinin keçiriləcəyi Armavir bölgəsinin Vaqarşapat icmasında “Respublika” Partiyasının namizədi Arutyun Mkrtçyan Facebook-da katolikosun qardaşı Gevorq Nersisyan və oğullarının 1 noyabrda seçki kampaniyasına mane olduğunu iddia edən bir paylaşım edib.
Almaz Həsənli