Əfqanıstanda baş verən zəlzələ nəticəsində yeddi nəfər ölüb, 150 nəfər yaralanıb
Əfqanıstanda baş verən zəlzələ nəticəsində yeddi nəfər ölüb, 150 nəfər yaralanıb, ölənlərin və yaralananların sayı artmaqda dvam edir.
Reuters agentliyinin məlumatına görə, Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. Daha 150 nəfər yaralanıb. Daha əvvəl Bəlx əyalətində ən azı dörd ölüm hadisəsi qeydə alınıb.
Noyabrın 3-də saat 01:29-da (Bakı vaxtı ilə saat 00:29) Samanqan əyalətində 30 km dərinlikdə 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələlər Özbəkistanda da hiss olunub.
Xatırladaq ki, noyabrın 2-dən 3-nə keçən gecə Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 km aralıda yerləşib. Bu şəhərdə yerləşən məşhur Göy Məscidə də ziyan dəyib.
Əziz MUSTAFA
Digər xəbərlər

























.jpg)
.jpg)
.jpg)























































