Tramp Ukraynaya "Tomahavk" raketləri vermək niyyətində olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp hazırda Ukraynaya "Tomahavk" qanadlı raketlərinin təhvil verilməsini düşünmədiyini bildirdi. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Air Force One təyyarəsində keçirilən mətbuat konfransı zamanı jurnalistlər Trampdan Ukraynaya "Tomahavk" raketlərinin təhvil verilməsini düşünüb-düşünmədiyini və ya planlaşdırıb-planlaşdırmadığını soruşdular. Ağ Ev rəhbərinin cavabı qısa oldu.
"Xeyr. Fikrimi dəyişə bilməyəcəyim deyil, amma bu məqamda yox", - ABŞ Prezidenti deyib.
Trampdan həmçinin Kreml lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəni bitirmək istəmədiyini sübut edəcək son damla nəyin olacağı soruşuldu. Cavab olaraq, o, "münaqişənin" alovlanması üçün iki tərəfin daha çox mübarizə aparmalı olduğuna işarə etdi.
"Son damla" qalmayıb. Bəzən münaqişənin alovlanmasına icazə vermək lazımdır. Onlar vuruşurlar və bir-birlərini qırırlar", - deyə Tramp bildirib.
O, həmçinin qeyd edib ki, bu, Putin üçün çətin bir müharibədir və əlavə edib ki, Rusiya çoxlu əsgər itirib, bəlkə də bir milyona qədər.
"O, çoxlu əsgər itirib, bəlkə də bir milyon. Bu, çoxdur. Bu, Ukrayna üçün çətindir. Hər iki tərəf üçün. Bəzən sadəcə onun alovlanmasına icazə vermək lazımdır", - deyə Tramp bildirib.
ABŞ lideri bir daha qeyd edib ki, o, artıq səkkiz müharibəni həll edib və Ukraynadakı vəziyyətin ABŞ-ın artıq həll etdiyi bəzi müharibələrdən daha asan həll olunacağına inanır.
Əziz MUSTAFA

























.jpg)
.jpg)
.jpg)























































