 
    
    ABŞ-da cırtdanlar arasında şillələmə çempionatı keçirilib
ABŞ-da cırtdan bədən quruluşuna malik insanlar üçün mini-şillələmə çempionatı keçirilib. “RİA Novosti” xəbər verir ki, yarış Dana Uaytın "Power Slap" turnirinin təbliğatının bir hissəsi olub.
Yarışmanın mahiyyəti ondan ibarətdir ki, iştirakçılar bir-birinə açıq əllə şillə vururlar. Nokaut istisna olmaqla, döyüşü hakimlər qiymətləndirir və onlar zərbələrin effektivliyinə baxırlar.
Bu dəfə yarışmada cırtdan bədən quruluşuna malik insanlar iştirak ediblər. Onlara qadın bodibilderlər kömək ediblər. İştirakçılar onların çiyinlərinə qalxaraq döyüşə başlayıblar.
Belə ki, yarışmalarda sosial şəbəkələrdə 2,4 milyon izləyicisi olan məşhur fitnes-bloqer Fafa da iştirak edib. Turnir iştirakçılarından biri onun çiyinlərinə qalxıb.
Almaz Həsənli
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    





































































