Qazaxıstan Prezidentinin keçmiş müşaviri Astanada dava zamanı öldürülüb

Qazaxıstan Prezidentinin keçmiş müşaviri Astanada dava zamanı öldürülüb

30 Oktyabr 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Prezidentinin keçmiş müşaviri Yerjan Babakumarov Astanada tanışı ilə dava zamanı ölüb. Orda.kz polisə istinadən xəbər verir.

56 yaşlı Babakumarov 36 yaşlı kişi ilə mübahisə edib. "Münaqişə davaya çevrilib. Nəticədə 56 yaşlı kişi (keçmiş müşavir) həyatı ilə uyğun olmayan xəsarətlər alıb və ölüb. Qətllə bağlı cinayət işi açılıb", - polis bildirib.

Şübhəli həbs edilib və müvəqqəti saxlama yerində saxlanılır.

Babakumarov 2 mart 1969-cu ildə Taldıkorqan bölgəsində (indi Almatının bir hissəsidir) anadan olub. O, 1991-ci ildə Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetini siyasi tarix ixtisası üzrə bitirib.

O, 1996-cı ildən hökumətdə çalışıb: əvvəlcə Almatı şəhər akimliyində (şəhər meriyası), sonra prezident administrasiyasında (Nursultan Nazarbayevin dövründə), Mədəniyyət Nazirliyində və Baş nazirin ofisində. Tokayev 2019-cu ilin mart ayında prezident olanda Babakumarovu özünün müşaviri təyin edib, lakin sonuncu iyul ayında vəzifəsindən ayrılıb. Daha sonra o, 2022-ci ilin fevral ayına qədər Almatı şəhər merinin müavini vəzifəsində çalışıb və həmin ilin yanvar ayında şəhəri bürüyən iğtişaşlardan sonra istefa verib. Orda.kz qeyd edir ki, Babakumarov o vaxtdan bəri ictimaiyyətin gözünə görünməməyə üstünlük verib.

Babakumarovun həyat yoldaşı, oğlu və qızı qalıb.

Əziz MUSTAFA