Tramp Çin idxalına 10% tarif endirimini elan etdi
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpin ilə görüşdən sonra fentanil səbəbindən tətbiq edilən Çin mallarına tarifləri 20%-dən 10%-ə endirəcəyini açıqladı.
CNN-in məlumatına görə, Tramp Cənubi Koreyadan yola düşəndən sonra “Air Force One” təyyarəsində jurnalistlərə bildirib: "Bildiyiniz kimi, fentanilin idxalı səbəbindən Çinə 20 faizlik tarif tətbiq etdim və bu, böyük bir tarifdir",
"Rüsumu 10% azaltdım, yəni indi 20% yox, 10% olacaq və bu dərhal qüvvəyə minir," – ABŞ prezidenti bildirib. O, həmçinin əlavə edib ki, Si Cinpinin fentanil axınının qarşısını almaq üçün "çox çalışacağına" inanır.
Buna görə də Tramp izah edib ki, ABŞ-a idxal edilən Çin mallarına tarif dərəcəsi 57%-dən 47%-ə endirilib.
Almaz Həsənli
Digər xəbərlər



















































































