Çin və ABŞ əsas məsələlərin həlli ilə bağlı konsensusa gəliblər
Çin və ABŞ danışıqçıları iki ölkə arasındakı əsas ticarət və iqtisadi mübahisələrin həlli ilə bağlı əsas konsensusa gəliblər. Çin prezidenti Si Cinpin bunu ABŞ prezidenti Donald Trampla Cənubi Koreyanın Busan şəhərində görüşündə açıqlayıb.
"İki ticarət və iqtisadi qrupumuz bizi narahat edən əsas məsələlərin həlli ilə bağlı əsas konsensusa gəlib və həvəsləndirici irəliləyiş əldə ediblər", - deyə o bildirib.
Si Cinpinin sözlərinə görə, Çin və ABŞ bir-birinə uğur qazanmağa və ortaq rifaha nail olmağa kömək edə bilərlər. "İllər ərzində mən dəfələrlə açıq şəkildə bildirmişəm ki, Çin və ABŞ tərəfdaş və dost olmalıdırlar", - deyə o qeyd edib. "Tarix bizə bunu öyrədib və reallıq bunu tələb edir."
Amerika prezidenti əvvəllər Si Cinpinlə görüşündə gələcək ticarət şərtləri ilə bağlı "ədalətli razılaşma" əldə etməyə ümid etdiyini bildirmişdi. O, həmçinin fentanil qaçaqmalçılığı bəhanəsi ilə Çin idxalına tətbiq edilən əlavə tarifləri azaltmaq niyyətində olduğunu bildirmişdi.
Əziz MUSTAFA



















































































