İspaniya Türkiyədən 45 ədəd HÜRJET təlim təyyarəsi alacaq

İspaniya Türkiyədən 45 ədəd HÜRJET təlim təyyarəsi alacaq

07:53
Bəyəndim (2) Bəyənmədim (0)

.

İspaniya hökuməti Türkiyənin ilk yerli istehsal olan reaktiv təlim təyyarəsi olan və Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in alınmasını təsdiqləyib. Bu barədə NTV məlumat yayıb.

Məsələ ilə bağlı İspaniya hökumətinin iclasında qəbul edilən qərarda deyilir ki, "Nazirlər Şurası mövcud F-5M təyyarələrini əvəz edən döyüş və zərbə təyyarələri üçün İnteqrasiya olunmuş Təlim Sisteminin (ITS-C) alınması üçün 3,12 milyard avro dəyərində müqaviləni təsdiqləyib".

Hökumət fərmanında bildirilir ki, bu addım Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrə döyüş və zərbə təyyarələri üzrə ixtisaslaşmış pilotların hazırlanmasında imkanlarını genişləndirmək üçün lazımi şərait yaradacaq.

Qərarda həmçinin deyilir: "Bu sistem (ITS-C) yeni və mürəkkəb təhlükəsizlik vəziyyətlərində əməliyyatlar üçün adekvat hazırlığı təmin etmək üçün nəzərdə tutulub". Müqavilə imzalanma tarixindən 30 noyabr 2035-ci ilə qədər, uzadılma ehtimalı olmadan qüvvədə olacaq.

Təchizatların 2028-ci ildə başlaması gözlənilir. Təhvil verilən ilk təyyarənin 2029-2030-cu illər üçün təlim kursunda istifadə edilməsi və HÜRJET-in xidmət müddətinin ən azı 30 il olması gözlənilir.

Əziz Mustafa