NATO Ukraynaya silah almaq üçün əlavə 15 milyard dollar ayıra bilər

NATO Ukraynaya silah almaq üçün əlavə 15 milyard dollar ayıra bilər

29 Oktyabr 11:54
Bəyəndim (2) Bəyənmədim (0)


NATO ölkələri bu il PURL proqramı çərçivəsində Ukraynaya silah tədarükü üçün təxminən 2 milyard dollar, 2026-cı ildə isə 12-15 milyard dollar ayıra bilər. Bu barədə ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker “Bloomberg Television” telekanalına verdiyi müsahibədə bildirib.
"Növbəti bir neçə ay ərzində təxminən 2 milyard dollar və ya daha çox vəsait alacağıq. Ümid edirik ki, bu, çox tezliklə gələcək", - deyə Uitaker PURL proqramı haqqında bildirib.
"Və sonra, 2026-cı ilə çatdıqdan sonra əsas məsələ ardıcıllıq olacaq, Ukraynanı müdafiə etmək üçün vacib silahların alınması üçün lazım olan 12-15 milyard dollara sahib olmağımızı təmin edəcək", - deyə ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi əlavə edib.
NATO və Prezident Donald Tramp arasında razılaşdırıldığı kimi, Ukraynanın Prioritetləşdirilmiş Tələblər Siyahısı (PURL) 2025-ci ilin iyul ayından etibarən qüvvədədir. Bu proqram çərçivəsində, ittifaq üzvləri və tərəfdaşları Kiyev tərəfindən tərtib edilmiş siyahıya əsasən, Ukrayna üçün ABŞ-dan silah alır və pul ödəyirlər.
17 sentyabrda Vladimir Zelenski Ukraynanın PURL proqramı çərçivəsində artıq 2 milyard dollardan çox vəsait aldığını və ilin sonuna qədər 3-3,5 milyard dollar almağa ümid etdiyini açıqladı. Bu pul, digər şeylərlə yanaşı, “Patriot” hava hücumundan müdafiə sistemləri və HIMARS çoxnövlü raket sistemləri üçün raketlərin alınmasına xərclənib.
Almaz Həsənli