Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan “Altay”  tankı ilə silahlandı

Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan “Altay”  tankı ilə silahlandı

29 Oktyabr 10:25
Bəyəndim (2) Bəyənmədim (0)

İlk yerli istehsal olan “Altay” tankları Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada döyüş maşınlarının Türkiyə Ordusuna təhvil verilməsi mərasimində və yeni nəsil tank və zirehli texnikaların istehsalı üçün BMC zavodunun açılışında bildirib.

Dövlət başçısı tankların orduya təhvil verilməzdən əvvəl 35.000 kilometrlik sınaq proqramını və 3700 canlı atəş sınağını başa vurduğunu bildirib.

Türkiyə lideri əlavə edib ki, “Altay” tankı müasir döyüşə və ən çətin şərtlərə maksimum uyğunlaşmaq üçün ən son sistemlərlə təchiz olunub.

O, həmçinin ayda səkkiz “Altay” tankı və 10 “Altuğ” zirehli personal daşıyıcısı istehsal edəcək 63.000 kvadratmetrlik kütləvi istehsal xəttinin istifadəyə verildiyini elan edib.

Prezident vurğulayıb ki, Türkiyə müdafiə sənayesində xarici təchizatçılardan tam müstəqillik məqsədinə çatmaq üçün qətiyyətli addımlar atır.

Almaz Həsənli