ABŞ Maduro pilotunu işə götürməyə çalışdı

ABŞ Maduro pilotunu işə götürməyə çalışdı

29 Oktyabr 12:22
Bəyəndim (2) Bəyənmədim (0)

Associated Press (AP) mənbələrə istinadən verdiyi məlumata görə, 2024-cü ilin may ayında ABŞ kəşfiyyat agenti Edvin Lopes, prezident Nikolas Maduronun təyyarəsini yönləndirmək üçün Venesuela Hərbi Hava Qüvvələrinin pilotu Bitner Villeqası işə götürməyə çalışıb.

Agentliyin məlumatına görə, ABŞ kəşfiyyat orqanları Nikolas Maduronun təyyarəsinin ABŞ kəşfiyyat orqanlarının onu həbs edə biləcəyi əraziyə enməsini təmin etməyə çalışıb. Edvin Lopes pilota 50 milyon dollar təklif edib. Bitner Villeqası işə götürmək cəhdləri 16 ay davam edib.

ABŞ kəşfiyyatı Dominikan Respublikasını, Puerto Rikonu və Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi bazasını Venesuela prezidentinin həbsi üçün potensial yerlər hesab edib.

Əziz Mustafa