Braziliya Prezidenti ABŞ və Venesuela arasındakı mübahisələrin həllinə kömək etməyi təklif etdi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva Vaşinqton və Karakas arasındakı mübahisələrdə vasitəçilik etməyi təklif edib. Bu barədə bazar günü Braziliyanın xarici işlər naziri Mauro Vieyra məlumat verib.
"Prezident Lula bu məsələni qaldırdı və Cənubi Amerikanın dinc ərazi olduğunu qeyd etdi. O, tərəflərin qarşılıqlı məqbul həll yolları tapa bilməsi üçün vasitəçi kimi çıxış etməyi təklif etdi ", - EFE onun sözlərini sitat gətirib.
Vieyra izah edib ki, Lula da Silva bu təklifi hər iki tərəflə təmaslarda irəli sürüb.
Bundan əvvəl Braziliya Prezidenti Malayziyada ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.
Əziz Mustafa
Digər xəbərlər



















































































