Güclü yağışlar nəticəsində  Türkiyənin İzmir vilayətini su basıb

Güclü yağışlar nəticəsində Türkiyənin İzmir vilayətini su basıb

08:17
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyənin İzmir vilayətinin üç şəhərində - Foça, Karaburun və Əliağada küçələri su basıb. Bu barədə yerli “Hürriyet” nəşri məlumat yayıb.

"İzmirin Foça şəhərində küçə və prospektlərin gölə çevrildiyi yerdə bəzi avtomobillər gölməçələrə ilişib. Bölgədə yağan leysan yağışların dayandırılmasından sonra bələdiyyə xidmətləri su çəkməyə başlayıb", - məqalədə deyilir.

Qeyd olunur ki, yerli sakinlər bələdiyyənin cavabından narazılıqlarını bildiriblər.

Bir gün əvvəl Vyetnamda yaxınlaşan “Fenqşen” qasırğası səbəbindən bir çox uçuşlar ləğv edilib. Hue, Da Nang, Quang Tri və Quang Ngai əyalətlərində 150-dən çox kommuna daşqın və sürüşmə təhlükəsi ilə üzləşib. Hündürlüyü altı metrə çatan dalğalar artıq Da Nangdakı Han çayının sahilinə çırpılıb, Nhu Nquyet küçəsini su basıb və səkiləri dağıdıb.

Bundan əvvəl Fransada qasırğa səbəbindən 100 mindən çox ev işıqsız qalıb.

Əziz MUSTAFA