Zelenski: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Zelenski: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

12:40
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin buna nail olmaq üçün öz ərazisindən çəkilmək niyyətində deyil. Kremlə daha çox təzyiq lazımdır ki, onu danışıqlara məcbur etsin.

Oxuməni.az “RBC-Ukrayna”ya istinadla məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski İsveçdə jurnalistlərlə görüşü zamanı bildirib.

Zelenski qeyd edib ki, Ukrayna artıq bəyan etdiyi kimi atəşkəs rejimini dəstəkləyir. Lakin, birincisi, öz ərazisindən çıxmaq şərti ilə deyil, işğalçıya heç bir hədiyyə olmayacaq. İkincisi, ABŞ prezidenti Donald Trampla müzakirə edildiyi kimi, ilk növbədə təhlükəsizlik zəmanəti lazımdır.

"Biz atəşkəsi dəstəkləyirik, diplomatiyaya keçməyə hazırıq, lakin bu şərtlə deyil ki, haradansa geri çəkilək, ərazimizi işğalçıya verək. Söhbət kilometrlərlə bağlı deyil, xalqımızdan və kimliyimizdən gedir, bizim ərazi bütövlüyümüzdən gedir", - prezident izah edib.

Zelenski həmçinin bildirib ki, Ukrayna Rusiya tərəfində real danışıqlara hər hansı diplomatik hazırlığı görmür. Kremlin bütün işi ABŞ və Avropanın həqiqətən vacib qərarlarını telefon zəngləri ilə gecikdirməyə çalışır.

Zelenski Amerikanın “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya ötürülməsi ehtimalına da işarə edib.

"Sanksiyaların tətbiqi və ya Tomaqavkların Ukraynaya verilməsi/satılması kimi. Bu yolla onlar sadəcə olaraq Rusiyaya təzyiq elementi olan qeyd-şərtsiz qərarları təxirə salırlar", - deyə prezident yekunlaşdırıb.

Xatırladaq ki, Zelenski daha əvvəl bəyan etmişdi ki, Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır, bir şərtlə ki, başlanğıc nöqtəsi cəbhə xətti olsun. Lakin Moskva dialoq istəmir - Kreml alver edir, qaçır və sülh məsələsindən yayınmağa çalışır.

Almaz Həsənli