Çelyabinsk yaxınlığındakı zavodda partlayış: Ən azı 9 nəfər ölüb

Çelyabinsk yaxınlığındakı zavodda partlayış: Ən azı 9 nəfər ölüb

11:19
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində "zavodlardan birində" baş vermiş partlayış nəticəsində azı doqquz nəfər ölüb, beş nəfər yaralanıb, yerli qubernator Aleksey Teksler cümə axşamı gecə öz Telegram kanalında bildirib. "Hazırda doqquz ölüm faktı təsdiqlənib. 5 nəfər yaralanıb, tibb işçilərimiz onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. Biz itkin düşənlərlə bağlı məlumatları yeniləyirik", - o, açıqlamasında bildirib.
Region qubernatoru dünən axşam saatlarında adı açıqlanmayan zavodda baş verən partlayışla bağlı məlumat verib. “Hazırda İHA nəzəriyyəsi təsdiqlənməyib”, o, yenə zavodun adını çəkmədən və ya “İHA nəzəriyyəsi”ni təsdiq və ya təkzib etmədən ilk bəyanatında bildirib.
“Astra” nəşrinin məlumatına görə, hadisə şahidlərinin sözlərinə görə, partlayış Kopeyskdə silah və sursat istehsal edən “Plastmas” zavodunun yaxınlığında baş verib. Yerli sakin üç pilotsuz uçan aparatın gəlişini təsvir etdiyi video çəkib. “Astra”nın məlumatına görə, partlayışdan sonra zavodda pilotsuz uçan aparatların zərbəsi barədə xəbərdarlıq edilib. “112” Telegram kanalının məlumatına görə, partlayış zamanı 15 nəfər növbətçi olub.
Almaz Həsənli