
Latviya Rusiya təyyarəsinin ölkə üzərindən uçmasına icazə verməyəcək
Latviya Rusiya təyyarəsinin ölkə üzərində uçmasına icazə verməyəcək. Bu barədə Latviya Xarici İşlər Nazirliyi LETA xəbər agentliyinə açıqlamasında bildirib.
"Latviya öz hava məkanından Rusiya təyyarəsinin uçuşa icazənin verilməsi imkanını görmür", - nazirlik vurğulayıb.
Polşanın xüsusi təyinatlı GROM bölməsinin keçmiş komandiri, general Roman Polko hətta iddia etdi ki, polşalı pilotlar ölkə ərazisinə daxil olan rus təyyarəsini “vura” bilərlər.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya təyyarəsinin ölkənin hava məkanını keçəcəyi təqdirdə Varşavanın buna imkan verməyəcəyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, polşalılar indi özlərinin hava məkanını qorumağa hazırdırlar”.
Əziz MUSTAFA
Digər xəbərlər