
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi üç-dörd ildən sonra Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon bəyan edib ki, Fransa ordusu 3-4 ildən sonra Rusiya ilə qarşıdurmaya hazır olmalıdır.
“Ordunun qarşısına qoyduğum ilk məqsəd 3-4 ildən sonra toqquşmaya hazır olmaqdır ki, bu da bir növ sınaq olacaq: bəlkə də artıq yaşadığımız hibrid müharibə şəklində və ya bəlkə də daha şiddətli toqquşmada”, - Le Figaro Baş Qərargah rəisinin sözlərini sitat gətirir.
“Rusiya qitəmizdə müharibəni davam etdirmək üçün şirnikləndirilə bilən ölkədir və bu, mənim hazırlıq planımın müəyyənedici elementidir”, - general Müdafiə Komitəsinin üzvlərinə deyib.
General əlavə edib ki, bu şəraitdə Fransanın ilk addımı hərbi büdcəsini artırmaqdır. Müdafiə büdcəsi layihəsində 2026-cı ildə bu illə müqayisədə 13% artımla 57,1 milyard avroya qədər artım nəzərdə tutulur. Ölkənin hərbi xərcləri ÜDM-in 2,2%-nə çatacaq.
Əziz MUSTAFA