Planetimizin səmasını kosmosdan xüsusi bir "qonaq" ziyarət edəcək, o, artıq 7-ci əsrdə Yerə yaxın olub

Planetimizin səmasını kosmosdan xüsusi bir "qonaq" ziyarət edəcək, o, artıq 7-ci əsrdə Yerə yaxın olub

21 Oktyabr 14:19
Bəyəndim (2) Bəyənmədim (0)


Oktyabr ayında planetimizin səmasında kosmosdan gələn xüsusi bir qonaq – A6 Lemmon kometi görünəcək. Bu, həqiqətən unikal bir tamaşa olacaq, çünki kometa təxminən min ildə bir dəfə Günəş sistemimizə qayıdır.
“ecoportal.net” saytının məlumatına görə, o, Yerə sonuncu dəfə 7-ci əsrdə yaxınlaşıb və yalnız 3421-ci ildə yenidən Yerə yaxınlaşacaq. Astronomlar kometanın Günəş sisteminin ən uzaq nöqtələrindən, Plutondan bir qədər kənarda yarandığını iddia edirlər.
Kometin Yerə ən yaxın yaxınlaşması 21 oktyabr 2025-ci ildə 90 milyon km məsafədə olacaq.
Bu kometa Şimal yarımkürəsindən yaxşı görünür. Müşahidə üçün ən yaxşı vaxt 25-28 oktyabr, kometin pik parlaqlığına yaxın və üfüqdən nisbətən yüksək olduğu vaxtdır. Oktyabrın axırları, noyabrın başlanğıcında komet 4-cü ulduz parlaqlığına yüksələrək adi gözlə görünən hala gələ bilər, sonrasında isə tez bir zamanda sönəcək.
Kometa ilk dəfə 3 yanvar 2025-ci ildə “Mount Lemmon Survey”projesi tərəfindən müşahidə edilib. O zaman o qədər tutqun idi ki, onu asteroidlə səhv salıblar. Sonradan 12 noyabr 2024-cü il tarixli Pan-STARRS arxiv görüntüləri aşkar edildi. Əlavə müşahidələr koma və qısa quyruğu üzə çıxardı ki, bu da obyektin komet təbiətini təsdiqlədi. Obyekt sonradan rəsmi olaraq C/2025 A6 (Lemmon) adlandırıldı.
Almaz Həsənli