
The Times: Britaniya və Polşa təhlükəsizlik sazişi imzalamağa yaxındır
The Times: Britaniya və Polşa təhlükəsizlik sazişi imzalamağa yaxındır. Sənəddə Rusiyanın qarşısını almaq üçün tədbirlər yer alır
“The Times” yazır ki, Britaniya və Polşa digər məsələlərlə yanaşı, Rusiyanı çəkindirmək üçün tədbirləri də əhatə edən ikitərəfli təhlükəsizlik sazişi bağlamağa yaxındırlar.
Qəzetin yazdığına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski Londonda britaniyalı həmkarı İvet Kuperlə görüşündə sazişin demək olar ki, hazır olduğunu açıqlayıb. O, “Rusiyanın qarşısını almaq üçün birgə tədbirləri, həmçinin insan qaçaqmalçılığı və qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün addımları” təmin edəcək. Görüləcək konkret səylər göstərilməyib.
Əziz MUSTAFA
Digər xəbərlər