“Rheinmetall” Almaniya və Hollandiya silahlı qüvvələrinə 3,4 milyard avroya 200-dən çox PDM tədarük edəcək

“Rheinmetall” Almaniya və Hollandiya silahlı qüvvələrinə 3,4 milyard avroya 200-dən çox PDM tədarük edəcək

16:07
Bəyəndim (1) Bəyənmədim (0)

“Rheinmetall” və “KNDS” müdafiə şirkətləri Almaniya və Hollandiya silahlı qüvvələrinə ümumilikdə 3,4 milyard avro dəyərində 222 ədəd “Schakal” təkərli Piyadanın döyüş maşını (PDM) ni tədarük edəcəklər.
“Rheinmetall” və “KNDS” arasında birgə müəssisə olan “Artec GmbH” sifarişi birbaşa icra edəcək. “Schakal” PDM-i “Puma” PDM-inin qülləsi ilə “Boxer” zirehli personal daşıyıcısının birləşməsidir. "150 "Schakal" maşını Bundesverə, daha 72 maşın isə Hollandiya ordusuna təhvil veriləcək", - mətbuat xidməti bildirib.
“Artec GmbH” ilə iki ölkənin silahlı qüvvələri üçün podratçı orqan olan Birgə Hərbi Əməliyyatlar Təşkilatı (OCCAR) arasındakı müqaviləyə əlavə 248 PDM variantı da daxildir. “Rheinmetall” müqavilənin əsas hissəsini yerinə yetirəcək və ümumi sifariş dəyərinin təxminən 3 milyard avrosunu təşkil edəcək.
“Schakal” PDM Alman quru qüvvələri üçün əsas döyüş maşınıdır.
Almaz Həsənli