
Politico: Aİ ölkələri oktyabrın 20-də Rusiya qazının idxalına qadağa qoyacaq
Aİ-nin energetika nazirləri oktyabrın 20-də Rusiya qazının Aİ-yə tədarükünü tamamilə qadağan edən qanun layihəsini təsdiq edə bilərlər. “Politico” mənbələrə istinadən xəbər verir ki, Macarıstan və Slovakiyanın etirazları bu qərara təsir etməyəcək.
“Onlar (Macarıstan və Slovakiya – red.) sanksiyaları sabotaj edərək diversifikasiya etmək üçün çox az iş görüblər... Onları məcbur etməkdən başqa yol yoxdur”, – adının açıqlanmayan avropalı diplomatı bildirib.
Neft və qaz ekspertləri isə Rusiya qazının idxalına qadağa qoyulmasının enerji qiymətlərinin 5-10% artmasına səbəb olacağını iddia edirlər. “Politico” qeyd edir ki, Slovakiya və Macarıstanın etirazına baxmayaraq, qərar ixtisaslı səs çoxluğu ilə qəbul ediləcək, çünki Avropa Komissiyası (AK) bu qanun layihəsini Aİ ticarət siyasəti çərçivəsində həyata keçirir. Belə olan halda, Aİ-yə üzv ölkələrin Aİ Şurasında veto hüququ sanksiyalardan fərqli olaraq, artıq ləğv edilib.
Avropa Komissiyası Rusiya qazının idxalına qoyulan qadağanın Rusiyaya qarşı birtərəfli sanksiyalar siyahısına daxil edilmədiyi üçün onun qeyri-müəyyən olduğunu vurğulayır. Digər mümkün məhdudiyyətlərə tankerlərin qara siyahısının daha 118 maddə ilə genişləndirilməsi, həmçinin “Rosneft” və “Qazprom Neft” ilə maliyyə əməliyyatlarına qadağa daxildir.
Almaz Həsənli