Avropa İttifaqı Ukrayna naminə üzvlük qaydalarını dəyişmək istəyir

Avropa İttifaqı Ukrayna naminə üzvlük qaydalarını dəyişmək istəyir

11:59
Bəyəndim (1) Bəyənmədim (0)


Avropa İttifaqı yeni üzv ölkələrə ilkin olaraq veto hüququ vermədən onları qəbul etməyi düşünür. Bu barədə “Politico” xəbər verir.
Nəşr qeyd edir ki, bu, blokun genişlənməsinə qarşı çıxanların, o cümlədən Macarıstanın baş naziri Viktor Orbanın mövqeyini “daha ​​çevik” edə bilər.
“Politico” vurğulayır ki, islahatla bağlı müzakirələr hələ ilkin mərhələdədir və Aİ-nin bütün üzv dövlətlərinin dəstəyini tələb edir.
Almaniya Bundestaqının Avropa Məsələləri Komitəsinin sədri Anton Hofrayter bildirib ki, təşəbbüs namizəd dövlətlərə – Ukrayna, Moldova, Monteneqro və digərlərinə “Aİ daxilində bütün daxili islahatların tamamlanmasını gözləmədən Avropa imtiyazlarına çıxış əldə etməyə” imkan verəcək.
Daxili islahatlar, ilk növbədə, Aİ üzvlərinin veto hüququndan istifadə etmək imkanlarının məhdudlaşdırılmasına aiddir.
Almaz Həsənli