Şimali Kiprin yeni prezidenti seçilib

Şimali Kiprin yeni prezidenti seçilib

10:21
Bəyəndim (1) Bəyənmədim (0)


“Kıbrıs Postası” qəzetinin yazdığına görə, qismən tanınan Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərində müxalifətçi siyasətçi Tufan Ərhürman qalib gəlib.
Ali Seçki Şurasının məlumatına görə, 777 bülletendən 753-ü hesablandıqdan sonra Erhürman 62,8 faiz səslə qismən tanınan dövlətin 9-cu prezidenti olub. Onun rəqibi, respublikanın hazırkı rəhbəri Ersin Tatar 35 faizdən çox səs toplayıb.
O, artıq bəyan edib ki, onun hakimiyyəti dövründə Şimali Kipr öz xarici siyasətini Türkiyə ilə koordinasiya etməyə davam edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu qələbə münasibətilə təbrik edib.
"Tufan Erhürmanı təbrik edirəm. Ümid edirəm ki, bu seçkilər ölkələrimizə və bölgəmizə xeyir verəcək", - Türkiyə lideri bildirib.
O əlavə edib ki, Ankara Şimali Kiprin maraqlarını və suverenliyini müdafiə etməyə davam edəcək.
Almaz Həsənli