Sankt-Peterburq üzərində dövrə vuran AZAL təyyarəsi eniş zamanı sürüşərək uçuş-enmə zolağından çıxıb

Sankt-Peterburq üzərində dövrə vuran AZAL təyyarəsi eniş zamanı sürüşərək uçuş-enmə zolağından çıxıb

08:18
Bəyəndim (3) Bəyənmədim (0)

Sankt-Peterburqun Pulkovo hava limanında məcburi eniş edən təyyarə eniş zolağından çıxıb, hava limanının mətbuat xidməti xəbər verir.

Hadisə nəticəsində xəsarət alan olmayıb. "Mətbuat xidmətinin məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi məcburi eniş edib.

Hava limanının səlahiyyətli xidmətlərindən olan mənbə təyyarədəki vəziyyəti sakit adlandırıb və ekipaj təcili sürüşmələr vasitəsilə evakuasiya tələb etməyib. Təyyarənin uçuş-enmə zolağından sürüşməsi səbəbindən Pulkovo hava limanı bütün uçuşları 20 dəqiqəlik dayandırıb.

AZAL-ın reysi Bakıya gedərkən eniş şassisindəki nasazlıq səbəbindən Pulkovo hava limanında eniş tələb edib. Təyyarə Moskva vaxtı ilə saat 3:40-da təhlükəsiz yerə enib. Bundan əvvəl bir müddət Sankt-Peterburq üzərində dövrə vurdu.

Əziz MUSTAFA