Vitkoff və Kuşner bazar ertəsi İsrailə gələcək

Vitkoff və Kuşner bazar ertəsi İsrailə gələcək

10:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin dövlət televiziyası Kanın məlumatına görə, ABŞ-ın Qəzza üzrə sülh elçisi Stiv Vitkoff və ABŞ prezidentinin kürəkəni Jared Kuşner oktyabrın 20-də İsrailə gələcəklər.

Vitkoff və Kuşnerin səfəri Fələstin anklavında qeydə alınan atəşkəsin pozulması fonunda baş tutacaq.

Nəşr qeyd edir ki, Amerika nümayəndələri razılaşmanı qoruyub saxlamağa çalışmaq üçün İsrailə səfər edəcəklər.

Oktyabrın 9-da Tramp İsrail və HƏMAS-ın Qəzza zolağı üçün sülh planının birinci mərhələsinə dair razılaşmalar imzaladığını açıqlayıb. Amerika lideri izah edib ki, bu, bütün girovların “çox tez” azad edilməsi, eləcə də İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması deməkdir. Atəşkəs ertəsi gün, oktyabrın 10-da qüvvəyə minib.

Oktyabrın 19-da səhər saatlarında “Times of Israel” qəzeti radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail qüvvələrinə hücum etdiyini yazıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri (IDF) bölgəyə hava zərbələri endirib.

Əziz MUSTAFA