Yekaterinburqda məhkəmə Azərbaycan vətəndaşlarının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb

Yekaterinburqda məhkəmə Azərbaycan vətəndaşlarının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb

18 Oktyabr 14:11
Bəyəndim (0) Bəyənmədim (0)


Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi əvvəlki illərdə adam öldürməyə cəhddə və adam öldürmədə təqsirləndirilən Azərbaycan vətəndaşlarının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb. Bu barədə URA.RU-ya Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

"Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək", - məhkəmədən bildirilib.

İyunun 27-də səhər Yekaterinburqda Azərbaycan vətəndaşlarının kütləvi həbsləri baş verib. Bundan sonra beş Səfərov qardaşı, həmçinin Gənciyev, Lalayev və Abasov həbs edilib. Onlar 2001-ci ildə tacir Paşayevin qətlində, 2010-cu ildə Fehruzun qətlinə cəhddə, 2011-ci ildə isə yoldaşının qətlində şübhəli bilinirlər.

Onların həbsi beynəlxalq qalmaqala səbəb olub. Azərbaycanda rusiyalı ulduzların bir neçə konserti ləğv edilib, ardınca Rusiya vətəndaşları həbs edilib.

Əziz MUSTAFA