İsrail Türkiyə xilasetmə missiyasının Qəzzaya girməsinə mane olub

İsrail Türkiyə xilasetmə missiyasının Qəzzaya girməsinə mane olub

11:33
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail, girovların cəsədlərinin axtarışında HƏMAS -a kömək etmək üçün Türkiyənin xilasetmə missiyasının Qəzzaya daxil olmasına mane olub. Bu barədə "Kan 11" telekanalı xəbər verir.
Kanal bildirib ki, İsrail HƏMAS-ın ən azı on girovun qalıqlarının yerini bildiyinə inanır. Bu yerlərin əksəriyyəti asanlıqla əldə edilə bilər və HƏMAS cəsədləri çıxarmaq üçün xüsusi avadanlıq tələb etmir.
İsrail HƏMAS-ı Trampın qruplaşmanı tərksilah etmək planının ikinci mərhələsinin həyata keçirilməsini gecikdirmək cəhdində ittiham edir.
Almaz Həsənli