Donald Tramp: ABŞ hazırda Çinlə ticarət müharibəsindədir

Donald Tramp: ABŞ hazırda Çinlə ticarət müharibəsindədir

10:48
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ hazırda Çinlə ticarət müharibəsindədir. Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, o, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq oradayıq. Tariflərimiz olmasaydı, müdafiəmiz olmazdı" deyən Amerika lideri bir neçə həftəyə planlaşdırılan Çin Sədri Si Cinpinlə gözlənilən görüşdə razılıq əldə edilmədiyi təqdirdə Çinlə mümkün uzunmüddətli ticarət müharibəsi ilə bağlı suala cavab verərkən vurğulayıb.

Trampın sözlərinə görə, tariflər ABŞ-ın milli təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün əsas vasitədir.

Ağ Ev rəhbəri qeyd edib ki, əvvəlki administrasiyalar bu vasitədən tam potensialından istifadə etməyiblər. Prezident əlavə edib ki, tariflər təkcə Amerika iqtisadiyyatı üçün trilyonlarla dollar qazandırmır, həm də “sülhün qorunmasına” töhfə verir və hərbi münaqişələrə son qoyulmasında həlledici rol oynayıb. "Tariflər olmasaydı, bütün dünyada müharibələr davam edərdi. Onların sayəsində Rusiya istisna olmaqla, artıq müharibələr yoxdur", - Tramp bildirib.

Almaz Həsənli