Rusiyada pələng Primorsk diyarının sakinlərinə hücum edib

Rusiyada pələng Primorsk diyarının sakinlərinə hücum edib

10:28
Bəyəndim (2) Bəyənmədim (0)


Primorsk diyarında Amur pələnginin insanları daşıyan minik avtomobilinə hücum etməsi ilə bağlı insident qeydə alınıb. "Svodka25 l News of Primorye and Vladivostok" Telegram kanalının məlumatına görə, hadisə yırtıcını təbii mühitində görən ruslar dayanıb onu müşahidə etmək qərarına gələndə baş verib.

Hadisə Naxodka yaxınlığında baş verib, orada avtomobilin sürücüsü və sərnişini pələngi yol kənarındakı kolluqlarda ovunu qoruyarkən görüblər. Onlar heyvanın kolların arasında gizləndiyini, onun yaxınlığında yerdə qan izlərinin olduğunu müşahidə ediblər.

Yerli sakinlər dayanmaq istəsələr də, pələng qəflətən maşına hücum edib. Yırtıcının qəfil hərəkətindən qorxan sürücü və sərnişin qaçaraq yola düşüblər. Sürücü manevr etdikdən sonra heyvanla toqquşmaqdan yayına bilib.

Pələngin davranışı qidalanma mövsümündə vəhşi yırtıcılara xas olan ovunu qorumaq instinkti ilə izah olunur. Hadisə nəticəsində insan tələfatı olmasa da, sosial mediada geniş rezonans doğurub.

Daha əvvəl bildirilib ki, Primorsk diyarından olan kombaynçı gecə yarısı tarlada işləyərkən pələnglə qarşılaşıb. Hadisə Mixaylovski bələdiyyə rayonunda baş verib. Pələngin tarlalara qidalanmaq üçün çıxan dırnaqlı heyvanları ovladığı güman edilir.

Əziz MUSTAFA