İtaliya “Şimal axını” boru kəmərini bombalamaqda ittiham olunan ukraynalının ekstradisiyasını ləğv edib

İtaliya “Şimal axını” boru kəmərini bombalamaqda ittiham olunan ukraynalının ekstradisiyasını ləğv edib

16 Oktyabr 14:18
Bəyəndim (1) Bəyənmədim (0)

İtaliyada Kassasiya Məhkəməsi “Şimal axını”nda partlayış törətməkdə şübhəli bilinən ukraynalı Sergey Kuznetsovun Almaniyaya ekstradisiyası barədə qərarı ləğv edib.

Bu barədə ANSA-ya istinadən RBC-Ukrayna məlumat yayıb.

Kuznetsov avqustun 21-də Rimini yaxınlığında 2022-ci ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini sabotaj etməkdə ittiham olunaraq saxlanılıb.

Kassasiya Məhkəməsinin qərarına əsasən, Kuznetsovun ekstradisiyası məsələsinə yenidən baxılmalıdır.

İclasda Baş Prokurorluq vəkil Nikolo Kanestrininin Avropa həbs qərarında baş verən hadisələrin düzgün təsnif edilməməsi ilə bağlı təqdim etdiyi müdafiə arqumentlərindən birinin qəbul edilməsini məhkəmədən xahiş edib.

Əziz Mustafa