
Messinin başı yenə qalmaqalda: İspaniyadakı mülkü ilə bağlı araşdırmalara başlanılıb
Lionel Messi İspaniyada qalmaqalın mərkəzində özünü tapıb: İbizadakı yerli hakimiyyət onun 2022-ci ildə 11 milyon avroya satın aldığı lüks villası ilə bağlı araşdırmaya başlayıb, A Bola məlumat yayıb.
Mülk adada mühafizə olunan təbii ərazidə yerləşir, burada ciddi qaydalar tikintini məhdudlaşdırır. İspaniya mətbuatının məlumatına görə, yoxlama zamanı zirzəmidə ilkin planlara daxil olmayan qaraj və əlavə otaqlar da daxil olmaqla icazəsiz yerlər aşkar edilib. Bu qanun pozuntularına görə bələdiyyə rəsmi olaraq villanı yaşayış üçün yararsız hala salaraq arayış verməkdən imtina edib.
Qanunsuz fəaliyyətlər əsas yaşayış sahələrinə təsir etmədiyi üçün Messi villada yaşamağa davam edir. Futbolçuya yaxın mənbələrin bildirdiyinə görə, bütün qeyri-qanuni işləri əvvəlki sahibi həyata keçirib və satın alınarkən nə Messi, nə də vəkili bundan xəbəri olmayıb. Bununla belə, İspaniya hakimiyyəti pozuntuları "ciddi" kimi təsnif edib və onların aradan qaldırılmasını tələb edir, əks halda villa qismən söküləcək.
Qeyd edək ki, bu, Messinin İspaniyadakı reputasiyasına vurulan ilk zərbə deyil - villa artıq 2024-cü ildə ətraf mühit fəalları onu "təbii əraziləri qeyri-qanuni şəkildə zəbt etməkdə" ittiham edərək, onu vandallaşdıranda araşdırmaya məruz qalıb.
Əziz MUSTAFA