
Suriyanın müvəqqəti lideri Moskvada Putinlə görüşəcək
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara oktyabrın 15-də Moskvaya rəsmi səfər edəcək və bu səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Suriyanın dövlət xəbər agentliyi “SANA” məlumat yayıb.
Bu, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiyaya qaçdıqdan sonra Əl-Şaraanın Rusiyaya ilk səfəri olacaq. Agentlik aydınlaşdırıb ki, Suriya və Rusiya siyasətçiləri regional və beynəlxalq məsələləri, həmçinin Dəməşq və Moskva arasında əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Əl-Şaraa oktyabrın 15-də Moskvada keçirilməsi planlaşdırılan Rusiya-Ərəb sammitində iştirak etməyi planlaşdırırdı. ABŞ prezidenti Donald Trampın Qəzza planında irəliləyiş olduğu üçün sammit təxirə salınıb. Buna baxmayaraq, əl-Şaraa səfəri ləğv etməmək qərarına gəlib. “Dpa”-nın verdiyi məlumata görə, səfər zamanı onun Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə də görüşü gözlənilir.
“Reuters” Suriya mənbəsinə istinadən xəbər verib ki, Əl-Şara Rusiyanın Tartusdakı hərbi dəniz bazası və Xmeymimdəki aviabazasının gələcəyi ilə bağlı danışıqlar aparmaq niyyətindədir.
Səfər zamanı siyasətçinin Suriyalılara qarşı mümkün cinayətlərə görə mühakimə olunmaq üçün Əsədin ekstradisiyasını rəsmi şəkildə tələb edəcəyi də gözlənilir, “Reuters” qaynağı əlavə edib.
Almaz Həsənli