15 texnokratdan ibarət qrup Qəzza zolağına rəhbərlik edəcək

15 texnokratdan ibarət qrup Qəzza zolağına rəhbərlik edəcək

11:42
Bəyəndim (2) Bəyənmədim (0)

Misirin xarici işlər naziri Bədr Əbdül Ati Qəzza zolağının 15 fələstinli texnokratdan ibarət komitə tərəfindən idarə ediləcəyini açıqlayıb. Şuraya ABŞ prezidenti Donald Tramp sədrlik edəcək.

"Biz onları Qəzzada insanların gündəlik həyatını təmin etmək üçün cəlb etməliyik və Sülh Şurası Qəzzanın yenidən qurulmasına yönələcək vəsait və resursların axınına dəstək olmalı və onlara nəzarət etməlidir", - Abdel Ati Associated Press-ə bildirib.

Nazirin sözlərinə görə, 15 komitə üzvü HƏMAS da daxil olmaqla, bütün Fələstin fraksiyaları tərəfindən təsdiqlənib. O əlavə edib ki, onlar da İsrail hakimiyyəti tərəfindən “yoxlanılıb”. O, komitə üzvlərinin adlarını açıqlamayıb.

Abdel Ati həmçinin bəyan edib ki, HƏMAS ABŞ-ın müharibəni bitirmək planını dəstəkləyir və “keçid dövründə heç bir rol oynamayacaq”. O, həmçinin vurğulayıb ki, İsrail öz qoşunlarını anklavdan çıxarmalı, humanitar yardım axınını təmin etməli və inzibati komitənin fəaliyyətini təmin etməlidir.

Əziz Mustafa