
Alimlər Şimali Amerikada güclü zəlzələ olacağı barədə xəbərdarlıq ediblər
San Andreas və Kaskadiya qırılmalarında eyni vaxtda zəlzələ baş verərsə, Birləşmiş Ştatlar böyük fəlakət təhlükəsi ilə üzləşəcək. Bu barədə “The New York Times” alimlərə istinadən məlumat yayıb.
San Andreas çatı və Kaskadiya subduksiya zonası San Fransiskodan təxminən 300 km şimalda, Kaliforniyanın qərbindəki Mendocino burnu yaxınlığında birləşir. Tədqiqatçıların fikrincə, Kaskadiya şimala, San Andreas isə cənuba uzanır.
Oreqon Dövlət Universitetinin fəxri professoru Kris Qoldfinqer qeyd edib ki, qırılmalar eyni vaxtda sürüşsə, bu, Şimali Amerika tarixindəki ən böyük fəlakət olacaq və miqyası təkcə Kaskadiya zəlzələsindən çox olacaq. Onun müşahidələrinə görə, son 2500 il ərzində bütün səkkiz böyük Kaskadiya zəlzələləri San Andreasda müvafiq aktivliyə səbəb olurdu.
Koltexa Seysmologiya Laboratoriyasının tədqiqatçısı Lyusi Cons qeyd edib ki, oxşar bir müntəzəmlik görünür, lakin bunu təsdiqləmək üçün daha çox dəlil lazımdır.
Kaliforniyada sonuncu böyük zəlzələ 100 ildən çox əvvəl, 1906-cı ildə baş verib. Zəlzələnin episentri San-Fransisko yaxınlığında olub, maqnitudası təqribən 8 olub və 700-3000 nəfər ölüb, şəhərin 400.000 sakininin yarısı evsiz qalıb. Yer hərəkəti, Mendocino ərazisi də daxil olmaqla, qırıqdan təxminən 500 kilometr şimalda yerləşən əraziyə təsir edib.
Almaz Həsənli