Google Hindistanda süni intellekt mərkəzinə 15 milyard dollar sərmayə qoyacaq

Google Hindistanda süni intellekt mərkəzinə 15 milyard dollar sərmayə qoyacaq

14:19
Bəyəndim (2) Bəyənmədim (0)


Amerikanın texnologiya şirkəti Google Hindistanda süni intellekt (AI) mərkəzi açmaq üçün beş il ərzində təxminən 15 milyard dollar sərmayə qoyur. Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
"Bu gün Google, Andhra-Pradeş ştatının Visakhapatnam (Vizaq) şəhərində süni intellekt mərkəzinin açılışını elan etdi ki, bu da şirkətə Hindistanda süni intellektin tətbiqini sürətləndirmək üçün tam süni intellekt texnologiyalarından istifadə etməyə imkan verəcək", - Google bildirib.
Şirkət aydınlaşdırıb ki, yeni süni intellekt mərkəzi məlumat mərkəzi, yeni irimiqyaslı enerji mənbələri və genişləndirilmiş fiber-optik şəbəkə daxil olmaqla güclü infrastrukturu birləşdirəcək.
"Bu, ABŞ-dan kənarda bizim ən böyük süni intellekt mərkəzimiz olacaq" – “Google Cloud”-un baş direktoru Tomas Kurian bildirib.
"Təxminən 15 milyard dollarlıq beş illik sərmayə (2026-cı ildən 2030-cu ilə qədər) Google-ın Hindistanda süni intellektin inkişafına ən böyük sərmayəsidir və hökumətin digər şeylərlə yanaşı, süni intellektlə işləyən xidmətlərin tətbiqini genişləndirməyi hədəfləyən Viksit Bharat 2047 inkişaf planına uyğundur".
Google, axtarış sistemi ilə birlikdə Android və YouTube, Google Life Sciences, Calico, Sidewalk Labs, Nest, Google Ventures, Google Capital və Google X-i də əhatə edən Alphabet holdinq şirkətinin bir hissəsidir.
Almaz Həsənli