Polşada iki rusiyalı casusluq və “ölümcül paket” göndərmək ittihamı ilə mühakimə olunacaq

Polşada iki rusiyalı casusluq və “ölümcül paket” göndərmək ittihamı ilə mühakimə olunacaq

10:36
Bəyəndim (1) Bəyənmədim (0)

Polşa hüquq-mühafizə orqanları Rusiya xüsusi xidmət orqanlarında işləyən iki Rusiya vətəndaşını ifşa edib. Onların işi məhkəməyə verilib.

Bu barədə Polşa Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Rusiya vətəndaşı İqor R. 2022-ci ilin fevral-avqust aylarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq edib, o, Polşada yerləşən rusiyalı müxalifətçilər, habelə onlara yardım göstərən şəxslər və təşkilatlar barədə ruslara məlumat verib.

Casus topladığı məlumatları şifrəli elektron cihazla həyat yoldaşı İrina R.-yə ötürüb. O, bu məlumatları Rusiya FSB-yə təqdim edib.

İqor R. həmçinin iki Ukrayna vətəndaşı və bir Rusiya vətəndaşı ilə birlikdə 2024-cü ilin iyul ayında kuryer xidməti vasitəsilə içərisində partlayıcı maddələr olan bağlamanın göndərilməsində və alınmasında iştirak etməkdə şübhəli bilinir.

Bağlamada güclü partlayıcı maddələr, sovet istehsalı olan döyüş elektrik detonatorları, tətik kimi hazırlanmış güc bankı, formalı doldurma yeri olan metal termos və tərkibində alüminium tozu olan bağlama olub.

Təqsirləndirilən şəxslər tutulduqları gündən (iyul 2024-cü il) istintaq təcridxanasında saxlanılır.

Əziz Mustafa