
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı üç müəllif arasında bərabər bölünüb. Yarısı Coel Mokir (Evanston Universiteti, İllinoys), digər yarısı isə Piter Houitt (Braun Universiteti, Providens, Rod-Aylend, ABŞ) ilə birgə Filipp Aqion (Collège de France və INSEAD, Paris; London School of Economics and Political Science) mükafatına layiq görülüb.
Onlar mükafata "innovasiyaya əsaslanan iqtisadi artımı izah etdiklərinə görə" layiq görülüblər.İsveç Kral Elmlər Akademiyası oktyabrın 13-də Nobel Komitəsinin sosial media kanallarında bu qərarı elan edib. X-də sosial şəbəkəsindəki postda ayrıca bir yazı xüsusi olaraq qeyd edib ki, mükafatın yarısı “texnoloji tərəqqi yolu ilə davamlı inkişafın ilkin şərtlərini müəyyən etdiyinə görə” Coel Mokirə, digər yarısı isə Filipp Aqion və Piter Houittə birgə “yaradıcı inkişafının davamlılığına görə” verilib.
1969-cu ildən İsveç Mərkəzi Bankının təşəbbüsü ilə İqtisadiyyat üzrə Nobel Mükafatı verilir; qeyri-rəsmi olaraq iqtisadiyyat üzrə Nobel mükafatı adlanır.
Almaz Həsənli