Şengen zonasına yeni giriş qaydaları tətbiq edilir

Şengen zonasına yeni giriş qaydaları tətbiq edilir

11:08
Bəyəndim (1) Bəyənmədim (0)


Oktyabrın 12-də Avropa İttifaqı üçüncü ölkələrdən gələn səyahətçilər üçün elektron qeydiyyat sistemini - Giriş və Çıxış Sistemini (Entry Exit System, EES) istifadəyə verib. Bu barədə Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun saytında məlumat verilib.
Sistem Şengen zonasındakı 29 Avropa ölkəsinin xarici sərhədlərini altı ay ərzində 90 günə qədər qısamüddətli səfərlər üçün keçən üçüncü ölkə vətəndaşlarına şamil edilir. Sistem giriş-çıxış tarixini və yerini, habelə girişdən imtinanın təfərrüatlarını qeyd edir.
İlk giriş zamanı səyahətçilər biometrik məlumat (fotoşəkil və barmaq izləri) və pasportun skan edilməsi daxil olmaqla qeydiyyatdan keçməlidirlər.
Avropa ölkələri oktyabrın 12-dən başlayaraq altı ay ərzində tədricən sistemi tətbiq edəcək. 10 aprel 2026-cı il tarixindən etibarən EES sərhədçilərin pasportlara əl ilə möhür vurduğu mövcud sistemi tamamilə əvəz edəcək.
Avropa Komissiyası bəyan edib ki, EES qeyri-qanuni miqrasiya ilə mübarizəyə kömək edəcək və “qalma müddətindən artıq qalan insanları, habelə sənəd və şəxsiyyət sənədlərinin saxtalaşdırılması hallarını daha effektiv müəyyən edəcək”.
Almaz Həsənli