
İsrailli girovların ilk qrupu Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib
.
7 israilli girovdan ibarət ilk qrup Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib. İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına əsasən, cəmi 20 canlı girov 1900-dən çox fələstinli məhbusla dəyişdiriləcək.
AP xəbər verir ki, azad edilmiş israillilərin ailələri və dostları İsrail televiziya kanallarının girovların sağ-salamat olduqları barədə açıqlamasını alqışlayıblar. Media xəbərləri canlı yayımladı, ölkə daxilində on minlərlə israilli izlədi. İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan bildirib ki, azad edilən girovlar hərbi bazaya, lazım gələrsə, xəstəxanalara aparılacaq.
Qəzza zolağında atəşkəs ABŞ prezidenti Donald Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də Misirdə imzalanma mərasimi keçiriləcək.
Əziz MUSTAFA