
Fransada Lekornunun rəhbərlik etdiyi yeni hökumət qurulub
Yelisey Sarayı Fransanın yeni hökumətini elan edib. Lakin ifrat solçu və ifrat sağçı partiyalar arasında qarşıdurma onun tezliklə istefası ilə nəticələnə bilər. Bu barədə Reuters və BBC məlumat yayıb.
Fransanın yenidən baş naziri vəzifəsinə təyin edilmiş Sebastyan Lekornu xarici işlər naziri Jan-Noel Barrot və ədliyyə naziri Jerar Darmanini vəzifələrində saxlayıb. Ən diqqətəlayiq dəyişiklik mühafizəkar Respublikaçılar Partiyasının lideri, öz prezidentlik ambisiyalarını daşıyan Bruno Retallonun yerinə daxili işlər naziri vəzifəsinə Paris polisinin prefekti Loran Nunesin təyin edilməsi olub, .
Keçmiş baş nazir Elizabet Born təhsil naziri vəzifəsini itirdi və onun yerinə dövlət qulluqçusu Eduard Geffri gəldi.
Mərkəz sağçı veteran Ketrin Vautrin müdafiə naziri vəzifəsində Lekornunu əvəz etdi. O, əvvəllər keçmiş baş nazir Fransua Bayru hökumətində əmək naziri vəzifəsində çalışıb, həmçinin keçmiş prezident Jak Şirakın dövründə nazir postunu tutub.
Xarici işlər naziri Jan-Noel Barrot və maliyyə naziri Roland Leskür də daxil olmaqla bir neçə əsas nazir vəzifələrində qaldı.
Eyni zamanda, BBC-nin yazdığı kimi, Lekornunun ikinci hökumətinin davam edəcəyinə heç bir zəmanət yoxdur. İfrat solçu və ifrat sağçı partiyalar dərhal Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi təklif etmək niyyətindədirlər.
Əziz MUSTAFA