Cənubi Karolina ştatında atışma zamanı 4 nəfər ölüb

Cənubi Karolina ştatında atışma zamanı 4 nəfər ölüb

10:34
Bəyəndim (3) Bəyənmədim (0)


Oktyabrın 12-də səhər saatlarında Cənubi Karolinada baş verən atışma nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Amerika mətbuatının Beaufort Şerif Ofisinin bəyanatına istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxs Bofort qraflığının Sent Helena şəhərindəki Willie's Bar and Grill restoranında atəş açıb.

Xəsarət alanlardan ən azı dördünün vəziyyətinin ağır olduğu və xəstəxanalara aparıldığı bildirilir. "Bir çox zərərçəkmiş və şahid atəşdən sığınacaq axtarmaq üçün yaxınlıqdakı müəssisələrə və evlərə qaçıblar", - deyə şerif ofisi bildirib. Silahlı şəxsin kimliyi ilə bağlı heç bir məlumat yoxdur.

Əziz MUSTAFA