
ABŞ 982 milyon dollara İsrailin kamikadze dronlarını alacaq
“Mignews.com” xəbər verir ki, Amerika şirkəti “Mistral Inc.” və İsrailin “UVision” şirkətləri ABŞ ordusuna dairədə uçan döyüş sursatları - Hero 120 kamikadze pilotsuz uçan aparatların tədarükü üçün 982 milyon dollarlıq müqavilə imzalayıb. Çoxillik müqaviləyə təkcə sistemlərin çatdırılması deyil, həm də təlim və texniki xidmət daxildir.
Müqavilə 2026-cı ildə qüvvəyə minəcək. ABŞ Ordusu tərəfindən seçilən Hero 120 modeli 40-60 kilometr uçuş məsafəsinə və bir saata qədər uçuş müddətinə malikdir. Pilotsuz təyyarə həm zireh, həm də piyada əleyhinə müxtəlif faydalı yükləri daşıya bilir.
“UVision”-un ABŞ-da törəmə şirkəti olsa da, müqaviləyə əsasən, Merilenddə yerləşən “Mistral Inc.” şirkəti əsas podratçı olacaq. O, layihəni əlaqələndirəcək və sistemlərin ABŞ Ordusunun strukturuna inteqrasiyasını təmin edəcək.
Almaz Həsənli