
ABŞ Qəzzada atəşkəsə nəzarət etmək üçün Yaxın Şərqə 200 hərbçi göndərəcək
.
ABŞ İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəs və girovların azad edilməsi razılaşmasına əməl olunmasına nəzarət etmək üçün missiya çərçivəsində xüsusi koordinasiya mərkəzi yaradacaq, Associated Press xəbər verir.
"Koordinasiya mərkəzində nəqliyyat, planlaşdırma, təhlükəsizlik, logistika və mühəndislik sahəsində təcrübəsi olan təxminən 200 hərbçi çalışacaq", - agentlik mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, Amerika qoşunları birbaşa Qəzza zolağına yerləşdirilməyəcək.mŞəxsi heyətin atəşkəs razılaşmasına və Qəzzada mülki hökumətə keçidə nəzarət etməyə kömək edəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, qoşunlar təkcə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) deyil, digər hərbi birləşmələrdən də ezamiyyətə göndəriləcək. İsrail Müdafiə Qüvvələri indi Qəzza zolağı daxilində yeni xətlərə çəkiləcək.
Əziz MUSTAFA