Gürcüstan hakimiyyəti ölkədə repressiv rejim qurur

Gürcüstan hakimiyyəti ölkədə repressiv rejim qurur

11:22
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa İttifaqı Gürcüstandakı mövcud vəziyyəti, o cümlədən son hadisələri aydın başa düşür. “İnterfaks” xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatının sözçüsü Kaja Kallas bildirib.

O, Brüsseldə keçirdiyi brifinqdə Gürcüstan hökumət rəsmilərinin Tbilisidən Aİ-yə ünvanlanmış tənqidi bəyanatlarını şərh etmək istəyinə cavab olaraq deyib: “Siz müstəqil medianı, müxalifəti və vətəndaş cəmiyyətini təqib edəndə, iqtidarda olan partiyanıza üstünlük vermək üçün qanunları dəyişdirəndə, bu, artıq demokratiya deyil”.

Kallasın fikrincə, “Gürcü arzusu” partiyası “yenidən yaranan repressiv rejimi gizlətmək üçün ümidsiz cəhdlər edir”.

Oktyabrın 8-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, oktyabrın 4-də radikal ünsürlərin Tbilisidəki prezident iqamətgahına hücum cəhdini heç bir Aİ-yə üzv ölkə qınamayıb.

"Bundan başqa, Avropa İttifaqı, ATƏT/DTİHB və digər aktorlar bunun əksi barədə bəyanatlar veriblər. Aydındır ki, zorakılığın pislənməməsi onun dəstəyi ilə izah edilə bilər", - Kobaxidze brifinqdə bildirib.

Əziz Mustafa