Polşa 2022-2024-cü illər arasında Ukraynaya 30 milyard dollar yardım ayırıb

Polşa 2022-2024-cü illər arasında Ukraynaya 30 milyard dollar yardım ayırıb

15:11
Bəyəndim (2) Bəyənmədim (0)

Polşa 2022-2024-cü illər arasında Ukraynaya təxminən 100 milyard zloti (təxminən 30 milyard dollar) yardım ayırıb. Bu barədə Polşanın baş naziri Donald Tuskun yanında Ukrayna ilə Əməkdaşlıq Şurasının hesabatında deyilir, "İnterfaks" xəbər verir.

Sənədə əsasən, Polşa Ukraynaya yardıma görə dünyada ABŞ (79 milyard dollar) və Almaniyadan (38 milyard dollar) sonra üçüncü yerdədir. Hesabatda Polşanın bu müddət ərzində göstərdiyi hərbi yardımlar da təfərrüatlı şəkildə göstərilib: 586 zirehli texnika, 137 artilleriya sistemi, 318 tank, 10 Mi-24 helikopteri və 10 MiQ-29 döyüş təyyarəsi.

Sentyabrın 26-da Donald Tusk bəyan etdi ki, NATO üzvü olan ölkələr sonradan Ukraynaya təhvil verilməsi üçün Amerika silahlarının alınmasını müzakirə edirlər. O xatırladıb ki, amerikalılar əvvəllər sonradan Kiyevə təhvil vermək üçün Avropaya silah satmağa hazır olduqlarını bəyan ediblər.

Əziz Mustafa