Ədəbiyyat üzrə Nobel Mükafatı açıqlanıb

Ədəbiyyat üzrə Nobel Mükafatı açıqlanıb

9 Oktyabr 15:58
Bəyəndim (2) Bəyənmədim (0)


İsveç Kral Elmlər Akademiyası Nobel mükafatçılarının adlarını açıqlamaqda davam edir. 2025-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı "apokaliptik dəhşət içərisində sənətin gücünü təsdiqləyən cəlbedici və uzaqgörən əsərinə görə" macar yazıçı Laslo Krasnahorkaiyə verilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin saytında məlumat verilib.
Laslo Krasnahorkai1954-cü ildə Macarıstanın Dyule şəhərində anadan olub. İlk romanı olan "Şeytan tanqosu" 1985-ci ildə işıq üzü görüb. "Müqavimət həzinliyi", "Müharibə və müharibə", "Şimaldan dağlar, cənubdan göllər, qərbdən yollar, şərqdən çaylar", "Baron Venkheymin qayıdışı" kimi romanları ilə də şöhrət qazanıb. Macarıstan rejissoru Béla Tarr yazıçının ssenariləri əsasında “Şeytan Tanqosu” da daxil olmaqla beş film çəkib.
Krasnahorkai 2015-ci il Buker Beynəlxalq Mükafatı və 2019-cu il “Milli Kitab Mükafatı” laureatıdır.
Ədəbiyyat üzrə Nobel Mükafatı 1914 və 1940-1943-cü illər (müharibə səbəbindən) istisna olmaqla, 1901-ci ildən bəri hər il verilir.
Nobel Sülh Mükafatı laureatı oktyabrın 10-u cümə günü elan olunacaq.
Yeni laureatlar mükafatlarını dekabrın 10-da Stokholmda keçiriləcək rəsmi mərasimdə alacaqlar.
Almaz Həsənli