
ABŞ BƏƏ-yə milyardlarla dollarlıq çip satışına icazə verib
“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Vaşinqton “Nvidia”-ya bir neçə milyard dollarlıq yüksək texnologiyalı çiplərin satışını təsdiqləyib.
Mənbələrin bildirdiyinə görə, ABŞ Ticarət Nazirliyinin tərkibində olan Sənaye və Təhlükəsizlik Bürosu may ayında Əbu-Dabi ilə imzalanmış müqaviləyə əsasən, “Nvidia” ixrac lisenziyalarını daha əvvəl verib. Agentliyə adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi BƏƏ-nin ABŞ-da dəqiq investisiya planı təqdim etməsindən sonra saziş sürət qazanıb. İnvestisiya məbləği və təsdiqlənmiş çip daşınmalarının dəqiq həcmi hələ açıqlanmayıb.
ABŞ prezidenti Donald Tramp may ayında Yaxın Şərq turu zamanı BƏƏ-yə çip daşınmasını müdafiə edib. Tərəflər “Nvidia”-nın tədarüklərə başlamağa hazır olması ilə sövdələşmənin təfərrüatlarını tez bir zamanda razılaşdırmağa ümid edirdilər, lakin uzun müddət yekun razılaşma əldə edilmədi. Amerika mediasının məlumatına görə, Vaşinqton ehtiyat edirdi ki, qabaqcıl çiplər Yaxın Şərqə tədarük edilərsə, alıcı ölkələr onları sonradan Çinə göndərə bilər.
Almaz Həsənli