Volqoqrad vilayəti pilotsuz təyyarələrin hücumuna məruz qalıb: Yanacaq və enerji obyektləri yanır

Volqoqrad vilayəti pilotsuz təyyarələrin hücumuna məruz qalıb: Yanacaq və enerji obyektləri yanır

08:11
Bəyəndim (2) Bəyənmədim (0)

Oktyabrın 9-na keçən gecə naməlum pilotsuz təyyarələr Volqoqrad vilayətinə hücum edib. Hücumlar zamanı dağıntılar və yanğınlar qeydə alınıb. Bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Dron hücumu Moskva vaxtı ilə təxminən saat 2:00-da baş verib. Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumatı təsdiqləyib.

“Bu gecə Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Volqoqrad vilayəti ərazisinə pilotsuz uçuş aparatlarının kütləvi hücumunu dəf edib”, - o bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində qazanxana zədələnib və “yanacaq-energetika kompleksi obyektlərində” yanğınlar baş verib.

"Kotovski rayonunda PUA tullantılarının düşməsi nəticəsində qazanxana qismən zədələnib. Yanğın yanacaq-energetika kompleksinin obyektlərində də baş verib", - Boçarov bildirib.

O, həmçinin əlavə edib ki, hazırda yanğınsöndürənlər hadisə yerindədir və yanğınları söndürürlər. Yerli sakinlərin dediyinə görə, Kotovoda LUKOIL-Korobkovski Qaz Emalı Zavodu pilotsuz təyyarələrin zərbələrindən sonra yanır.

Xatırladaq ki, sentyabrın 24-də də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Qüvvələrinin Rusiya Federasiyasının Volqoqrad vilayətində Rusiya Ordusunun təchizatında istifadə olunan mühüm obyektlərə zərbələr endirib. Yanğın Rusiya Federasiyasının cənub bölgələrinə xam neft nəqli sisteminin bir hissəsi olan “Kuzmiçi-1” neft nasos stansiyasını əhatə edib. Kuybışev-Tixoretsk magistral neft kəməri ilə neft nəql edən Zenzevatka neft nasos stansiyası da vurulub.

Əziz MUSTAFA