Türkiyədə 19 məşhur narkotik cinayətinə görə həbs edilib

Türkiyədə 19 məşhur narkotik cinayətinə görə həbs edilib

16:06
Bəyəndim (1) Bəyənmədim (0)


İstanbul Respublika Prokurorluğu 19 sənətçi və bloqqerin həbsinə icazə verib. NTV xəbər verir ki, məşhurlar narkotik istifadə etməkdə şübhəli bilinirlər.

Faktla bağlı Qaçaqmalçılıq, Narkotiklər və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən araşdırma aparılır. Həbs olunanlar arasında aktrisalar Hatice Açıkgöz və Berrak Tüzünataç, müğənni İrem Derici, aktyor Kubilay Aka, bloggerlər Dilan Polat və Engin Polat da var. Saxlanılan şəxslərdən qan nümunələri götürülüb, onlar ifadə verirlər.

Berrak Tüzünataç 2017-ci ildə narkotik istifadə etdiyini etiraf edib və 20 ay həbs cəzası alıb. Dilan və Engin Polat narkotik maddə almaq və saxlamaqda şübhəli bilinərək həbs ediliblər.

Əziz MUSTAFA