Rusiya Daxili İşlər Nazirliyi 2875 nəfərin vətəndaşlığını ləğv edib

Rusiya Daxili İşlər Nazirliyi 2875 nəfərin vətəndaşlığını ləğv edib

13:56
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Daxili İşlər Nazirliyi əldə edilmiş vətəndaşlığın ləğvi ilə bağlı 2875 qərar verib. Bu barədə nazirliyin rəsmi sözçüsü İrina Volk öz Telegram kanalında məlumat verib.

Nazirlikdən verilən məlumata görə, bu il əvvəllər Rusiya vətəndaşlığını almış şəxslərin Rusiya vətəndaşlığının ləğvinə səbəb olan cinayətlərin siyahısı genişləndirilib.

2025-ci ildə Rusiya vətəndaşlığının ləğvi ilə bağlı 2875 qərar verilib. Bunun əsas səbəbləri cinayət məsuliyyətinə cəlb olunma və ya hərbi xidmətə qeydiyyatdan keçməmədir.

Almaz Həsənli